Tbilisi və Batumi şəhərlərində hökumət administrasiyası binaları qarşısında sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib.
“Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, aksiya “Mişaya azadlıq” şüarı altında baş tutub.
Aksiyalarda “Vahid Milli Hərəkat” partiyasının üzvləri, tərəfdarları və liderləri də iştirak ediblər.
Aksiya iştirakçıları Saakaşvilinin səhhətində ciddi problemlərin olduğunu və onun müalicə üçün xaricə köçürülməsini tələb ediblər.
Qeyd edək ki, bu gün 20-yə yaxın ölkədə sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyalarının keçirilməsi planlaşdırılır.
“VMH” sədri Levan Xabeişvili, partiyanın keşmiş sədri Nika Melia, həmçinin Saakaşvilinin anası Qiuli Alasania da aksiyada iştirak ediblər.
Qeyd edək ki, aksiya iştirakçıları Hökumət administrasiyasının önündən daha sonra “Gürcü arzusu” partiyasının mərkəzi ofisinə yürüş ediblər. Burada onlar “Mişaya azadlıq” və “Ruslar, rus kölələri” kimi şuarlar səsləndiriblər.