Xəbər

Tarif Şurası dərmanların satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək

15 avqust / 16:27 1 dəq
Images 2023 08 15T162723.917
15 avqust / 16:27
Burada sizin reklamınız ola bilər

Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.

“Qərb Xəbər” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən ““Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı