Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Tərtər işi” məhkəməsi: “Eyni əməllər Qazax və Şəmkirdə də törədilib”

1 həftə ago
A A
məhkəme_1111

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında “Tərtər işi”ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Qərb Xəbər” “Report”a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar.

Hakim bildirib ki, Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev və Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir.

Prosesdə təqsirləndirilən şəxslər məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və ev dustaqlığına buraxılmalarını istəyiblər.

İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.

Zərərçəkmişlərdən Emil Orucovun vəsatətində qeyd edilib ki, “Tərtər hadisələri” kimi eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib:

“Orada da hərbçilərə işgəncələr verilib. Bu işdə təqsiri olan şəxslərin siyahısı çoxdur”.

Vəsatətdə general-mayorlar Hikmət Həsənov və Mais Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə Mais Bərxudarovun harada olması ilə bağlı telefon siqnalları vasitəsilə yoxlama aparılsın.

Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəstətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını qeyd edib.

Hakimlər müaşvirəyə yollanıb. Müşavirə zamanı zərərçəkmişlər 4 müttəhimlə söhbət etməyə çalışıb. Zərərçəkmişlər Hikmət Həsənovun məsuliyyətə cəlb olunacağı təqdirdə onları bağışlayacaqlarını bildiriblər.

Müşavirədən sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəstətlər isə baxılmamış saxlanılıb.

Proses martın 28-də baxışa təyin olunub.

Son xəbərlər

xin

Rəsmi Bakıdan Ermənistana sərt xəbərdarlıq

21 Mart 2023
tehran_iran

İrana PUA-lara görə sanksiyalar tətbiq edildi

21 Mart 2023
futbol

FIFA “Qalatasaray”a transfer qadağası qoydu

21 Mart 2023
joe biden

Bayden Novruz bayramı ilə bağlı paylaşım edib

21 Mart 2023
novruz_semeni_190315 (1)

Bu gün Novruz bayramıdır

20 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.