Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.
“Müzakirələrdən və vəziyyətin diqqətlə təhlilindən sonra Gürcüstana səfərimi elə bir vaxta qədər təxirə salmaq qərarına gəldim ki, ATƏT Parlament Assambleyasının iştirakı daha təsirli olsun. Biz hələ də bütün tərəfləri dinləməyə və ATƏT/ODIHR tövsiyələrinin icrasına dəstək verməyə hazırıq”, – Pia Kauma “X”də yazıb.
Qeyd edək ki, Pia Kaumanın səfəri 8-10 yanvar tarixlərinə planlaşdırılmışdı. Gürcüstanın Qərbyönümlü siyasi koalisiyaları, beynəlxalq tərəfdaşları və Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bəyanatlar yayaraq bildiriblər ki, hazırda bu səfər üçün uyğun vaxt deyil. Onlar üstəlik deyiblər ki, bu ziyarət “Gürcü Arzusu” partiyasına “saxtalaşdırılmış” seçki nəticələrini bir daha qanuni elan etmək üçün bəhanə verirdi.