Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Photo 5282956615173147900 y
Hüquq saatı – Mənəvi və psixoloji zorakılıq
Prezident sefer
Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tələbə yaz məktəbləri davam edir

2 ay ago
A A
67e4ffeb21b4167e4ffeb21b42174306097067e4ffeb21b3e67e4ffeb21b40

Martın 24-dən başlayan “Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi”, “Math Camp 2025” və “İT və proqramlaşdırma üzrə yaz məktəbi” uğurla davam edir.

Bu barədə Qerbxeber.com Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, UNEC-in Quba Tədris, İdman və İstirahət Mərkəzində keçirilən yaz məktəbləri Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “Path to Math” həvəskar riyaziyyatçılar klubu və EESTEC Baku tərəfindən təşkil olunub.

Yaz məktəblərinin əsas məqsədi iştirakçıların fərqli sahələr üzrə bilik və bacarıqlarını artırmaq, təcrübi təhsil imkanlarından yararlanmalarına və onların intellektual mühitdə inkişafına dəstək olmaqdır.

İlk iki gün ərzində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar ekspertlər tərəfindən aparılan təlimlərə, interaktiv müzakirələrə və praktiki məşğələlərə qatılıb.

Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi çərçivəsində qlobal geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərdə əsas amillər və regional əməkdaşlıq perspektivləri müzakirə edilib.

Math Camp-2025 çərçivəsində riyaziyyatın nəzəri və tətbiqi aspektləri, eləcə də müxtəlif riyazi modellərin real həyatda istifadəsi mövzularında praktiki məşğələlər keçirilib.

İT və proqramlaşdırma üzrə yaz məktəbi çərçivəsində isə müasir proqramlaşdırma dilləri, süni intellekt və böyük verilənlər (Big Data) sahəsində intensiv təlimlər təşkil olunub.

İlk iki gün ərzində keçirilən sessiyalar iştirakçıların elmi araşdırma, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılar qrup işləri, təqdimatlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Qeyd edək ki, yaz məktəbləri 28 mart tarixinədək davam edəcək. Növbəti günlərdə iştirakçıları daha geniş spektrli mövzular üzrə seminarlar, praktiki məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və interaktiv təlimlər gözləyir.

Tələbə yaz məktəbləri davam edirTələbə yaz məktəbləri davam edirTələbə yaz məktəbləri davam edirTələbə yaz məktəbləri davam edir

Son xəbərlər

1658472565 ilham eliyev

Prezident hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

19 May 2025
Whatsapp image 2025 05 19 at 14.10.21

İsrail Prezidenti azərbaycanlı həkimi təltif etdi

19 May 2025
Indir 2025 05 19t134932.701

“Toplum TV” işi üzrə məhkəmədə ittiham aktı elan olunub

19 May 2025
Indir 2025 05 19t134226.226

Putin və Tramp bu axşam telefon danışığı olacaq

19 May 2025
Lavrov2

Sergey Lavrov Ermənistana gedir

19 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.