Təhsil Nazirliyi koronavirus epidemiyasına qarşı görüləcək işləri açıqlayıb.
Report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, bununla bağlı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.
“Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədi ilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək”, – məlumatda qeyd olunub.