Son günlərdə yaşanan Həmas-İsrail toqquşmasına mediada və KİV-lərdə əsasən ideoloji bucaqdan dəyərləndirmələr və baxışlar diqqət çəkir. Bu durumun yaratdığı fürsətdən istifadə edərək, yazımızda münaqişəyə bir də iqtisadi potansiallar üzərindən baxmağa çalışacağıq. İki meqa iqtisadi hadisə analiz ediləcək:
Bunlardan ilki, Çin mərkəzli tək yol tək qurşaq və ya “İpək yolu” proyektinə qarşılıq, xüsusən Hindistanı, Çinin qarşısında bir güc olaraq formalaşdırmaq istəyən ABŞ və Qərb aktorlarının da dəstəklədiyi İMEC (The İndia- Middle Eastern- Europe- Economic
Corridor) layihəsidir. ABŞ-ın, yeni dünya siyasətində Çinin artan nüfuzunu balanslaştırma siyasətini global maraqları siyahısında ilk sıraya yazdığı,hətta Rusiya-Ukrayna müharibəsini də bu perspektivdən analiz edilməsi gərəktiyini vurğulayan baxış bucağı çoxdan var. Bu baxımdan Hindistanın ucuz işci qüvvəsi vasitəsilə istehsal olunan məhsullarının Avropaya çatdırılması önəmli iqtisadi-siyasi hadisədir.
Bu hadisənin İsrail-Həmas toqquşmaları və ümumən Fələstin-İsrail münaqişəsinə təsiri isə əsasən ticarət koridorunun ən kritik bölgəsinin İsrail və Qəzzaya yaxın ərazidən keçməsidir. Xüsusən limanların təhlükəsizliyi məsələsi ən kritik mövzu kimi ön plana çıxır.
Bu baxımdan son prosesləri belə oxumaq olar;
- Həmas ilk hücumu etməsi baxımından Hindistandan gələn bu koridorun təhlükəsizliyini şübhə altına qoyaraq, əlaqəli aktorların cəsarətlərini qırmağı hədəfləyib;
- İsrail bu hücumun reallaşmasına göz yumaraq Qəzza ərazisini tamamilə boşaldacaq əks əməliyatlara zəmin yaradıb.
Hansı ehtimal doğru olursa olsun İsrailin əlinə düşmüş bu real imkanı- Qəzza zolağının tamamilə köçürülməsini təmin etmək üçün istifadə edəcəyini gözləmək lazımdır.
Bu durumda, Misirin sərhədləri açıb-açmaması əhəmiyətli mövzudur. Hazırki, iqtisadi böhran şəraitində İsrail və tərəfdaşlarının ciddi bir məbləği gözdən çıxaracağını və Misiri təşviq edəcəyini düşünmək olar.
Buna görə, ikinci iqtisadi əhəmiyyətli hadisəni analiz etmək vacibdir.2000-ci illərin əvvəllərində Qəzza zolağının dəniz hissəsində iqtisadi əhəmiyyəti 1 trilyon kub metr olan dəniz qaz yatağı kəşf olunmuş və İsrail ilə Fələstin arasında bir razılaşma ilə yatağın bölünməsi də plana daxil edilmişdir.
Ancaq 2007-ci ildə Həmasın seçkini qazanması ilə İsrailin təhlükəsizliyini hədəf alan militarist bir təşkilatla bu müqavilənin davamlılığı mümkünsüz olmuşdur. Dolayısı ilə Aralıq dənizində yeni kəşf olunan qaz yataqları ilə bərabər, Qəzza zolağı tamamilə boşaldılarsa bu yataqların da qısa zamanda istifadəsi mümkün görünür. Hətta, Avropanın enerji təhlükəsizliyində də ciddi bir problem həll olmuş olur.
Bu baxımdan Avropa birliyinin də İsrailin aqresivləşən hücumlarına ciddi reaksiya verməycəyini düşünmək olar.Nəticə etibarilə, global aktorların bir çoxunun milli maraqları Həmas idarəsindəki Qəzza zolağının insansızlaşdırması prosesini dəstəkləyici xarakterdədir. Elektrik və su kimi təbii ehtiyaclara çıxışın
məhdudlaşdırılması da, əhalini köçə məcbur etmə məqsədi güdür.
Allahverdi Türkmən Mehdiyev
“Qərb Xəbər”in siyasət yazarı