Son məlumata görə, ölənlərin sayı 18-ə çatıb. Onlardan üçü uşaqdır.
Bundan başqa, 26 nəfərin yaralandığı qeyd edilib.
***12:15
Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının ərazisində qəzaya uğraması nəticəsində daxili işlər naziri və onun müavini həlak olub.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də helikopterdə olublar. DİN-in dövlət katibi də onlarla olub.
Məlumatı Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko da təsdiqləyib.
Onun sözlərinə görə, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan ikisi azyaşlıdır:
“22 yaralı xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-u uşaqlardır”.