Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Təbrizdəki konsulluğumuzun hədəf ola biləcəyi istisna edilməməlidir – Asif Nərimanlı

3 həftə ago
A A
azerbaycan-ve-iran

“Biz Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün təşkilinə hazırıq”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Məsələ ilə bağlı fikirlərini öz Facebook səhifəsində qeyd edən siyasi analitik Asif Nərimanlı bikdirib ki, sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi.

asif

“Teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyindən maraqlı qüvvələrin olduğu bəllidir, Əliyev də “İran isteblişmentinin nümayəndələri”nə işarə etmiş, yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır. Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil.
eb8f3940-e724-37c6-bfdd-9ba0cf31df2b_850
Siyasi analitik əlavə edib ki, Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini də gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər.
“Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi də istisna edilməməlidir. Bu baxımdan, rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür”.
azerbaycan-ve-iran
“İranlı nazir Ankarada “sionist” iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”. Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etməyə cəhdidir. Halbuki, Abdullahin Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır”- deyə Asif Nərimanlı vurğulayıb.

Son xəbərlər

mq2 (5)

Köhnə bolşevikin baxımsız küçəsi – Tovuzdan reportaj

29 Mart 2023
6424367e60c756424367e60c7616800948466424367e60c726424367e60c74

İranda azərbaycanlı müəllimlər etiraza qalxdı

29 Mart 2023
50b96a08-5f42-3a1f-8a05-5936ab0b34d9_850

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

29 Mart 2023
mq2 (4)

Turizmin zibillikdən keçən yolu – Qazax

29 Mart 2023
b40fe981-db34-377c-97d8-c4d6fde0d9b7_850

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadıb

29 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.