“Bu gün ölkədə koronavirusla əlaqəli ağır, yəni kritik vəziyyətdə olan xəstələrimiz yoxdur”.
“Qərb Xəbər” bildirir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda koronavirusla bağlı vəziyyət nəzarətdədir: “COVID-19-la bağlı TƏBİB-in tabeliyində bir modul tipli xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanada xəstələrin müalicəsi davam etdirilir, dərman təchizatı əvvəlki qaydada davam edir. Kritik xəstələrimiz yoxdur”.
İ.Babayeva