Razılaşaq ki, tarixini 1750-ci illərə aid etiyimiz Şuşa şəhəri Şimali Azərbaycanda bizimçün ən müqəddəs şəhərdir!
Nə ən qədim şəhərimiz saydığımız Naxçıvan, nə qədim patyaxtlarımız Təbriz, Şamaxı, Gəncə, Bərdə, Bakı və nə də digər qədim şəhərlərimiz bu qədər müqəddəsliyi qazana bilməyib. Bəs bunun səbəbi nədir? Şuşanın işğal olunmasımı? Oysa, başqa şəhərlər də işğal olub. Və eləcə də hal- hazıra Ermənistana nə qədər qədim Azərbaycan şəhəri var. 1722-ci ildən işğal olunmuş Dərbənd şəhərimiz var. Bəs niyə Şuşa şəhəri bu ünvanı qazanıb?
Doğrudanmı Şuşa “cavan şəhər” ola- ola bu ünvanı qazana bilib? Axı, burda nəsə bir qatı açılmamış sirr var kimi görünür. Bu sirrə yaxınlaşmaq üçün ilk növbədə Şuşanın adına diqqət etməliyik. Təsəvvür edin, şəhəri saldıran Pənahəli xan şəhərə öz adını verir- Pənahabad. Amma az bir müddət sonra şəhər Şuşa adlanır. Elə öz oğlu İbrahimxəlilin dövründə də belə idi. Ibrahimxəlil xan razı olardımı atasının adını daşıyan şəhər yaxınlıqdakı bir kiçik kəndin adı ilə adlansın?
Ağa Məhəmməd şah Qacar bəs niyə qalaya Şişə qalası deyirdi? Ağa Məhəmməd şahın 1795-ci ildə Şuşaya yürüşü zamanı axı şəhər heç əlli yaşında deyildi. 50 ilə şəhərin adı dəyişmişdimi? Ağa Məhəmməd Qacarın Seyid Məhəmməd Urfinin beytini dəyişərək İbrahimxəli xana göndərdiyi:
-Zi-mənçənəqе-fələk səngе-fitnə mibarəd, Tо əbləhanə kirift miyanai-Şişə qər (Fələyin məncanağindan fitnə daşı yağır, Sən axmaqcasına Şişə içərisinə sığınmısan ) beytində də şəhər Pənahabad deyil Şişə adlanır.
Bu haqda Yusif Vəzirin “İki od arasında” əsərində oxuyuruq: Xan şahın təhqirli məktubundan sınmadı. Yanındakı Vaqifə yönələrək: – Amandı, axund, bu axta köpəyə bir yaxşı cavab yaz, – dеdi.
Vaqif məktubu alıb, bir də gözdən kеçirdi, sоnra arxasına yazdı:
Gər nigahdarе – mən anəst ki, mən midanəm, Şişəra dər bəğəlе- səng nigah midarəd (Əgər məni qoruyan, mənim bildiyimdir, (O), şişəni daşın qoltuğunda mühafizə edər). Eyni zamanda Kürəkçay müqaviləsi bağlanarkən də İbrahimxəlil xan “Qarabağlı və Şuşalı İbrahimxəlil xan” kimi təqdim olunur. Pənahabad adı çəkilmir. Və onu da xüsusi qeyd etmək lazımdır ki, ermənilərin bu əraziyə köçürülməsi siyasətini hələ də davam etdirən, Rusiya bu sənəddə “Artsak”ın heç adını da çəkmir!!!
ŞUŞA ERMƏNİ MƏNBƏLƏRİNDƏ.
Bunlar öz yerində, həmin dövrə bir də qayıdacağıq. Əvvəlcə gəlin görək Şuşaya qondarma iddialarla sahiblənmək istəyən ermənilər nə deyir. Ermənilərin iddialarına görə Qarabağ “Artsak”, Şuşa isə “Şuşi”dir. Ermənilər özlərini buna inandırmışlar. Amma bir iş var ki, “Böyük Ermənistan” imeriyasından daim bəhs edən ermənilər, nədənsə həmin qondarma imperiyanın qondarma xəritəsində “Şuşi”ni göstərməyiblər. Yeri gəlmişkən bu qondarma xəritələrdə bəzən Mingəçevir SES də göstərilir. Ən maraqlısı isə, Araz çayı Kürlə hal-hazırkı qovuşma yerində qovuşur. Halbuki, iddia etdikləri dövrdə Araz özü birbaşa Xəzərə axırdı. Ümumiyyətlə ermənilər dünyada yeganə xalqdırlar ki, tarixlərini mifik dünyagörüşü ilə öyrənir və öyrədirlər. Guya dünyanın ən qədim xalqı bunlardır. “Sübut”da belədir- Nuh tufanı zamanı gəmi gəlib Ararat” (Ağrı) dağında lövbər salır. Nuhun nəvəsi Hayk qalır bu ərazilərdə. Insan nəsli ondan törəyir. Haykın oğlu Aram, Aramın oğlu Armen, Armenin oğlu Armenak… hardasa 17-18 belə sülalə üzvü və nəhayət də Artaşes. Ilk dövlət qurucusu,filan… Halbuki həmin Artaş (əslində Arsak) Selevk hökmdarı ııı Antioxun canişini olub. Bunların tarixi bilgiləri belədi. Daş dövrü, tunc dövrü, dəmir dövrü filan yalandı. Tarix Şumerdən yox,Haykdan başlayır. Əslində hər millətin öz mifik təfəkkürü var.
Amma ermənilər yeganə xalqdır ki, mifik təfəkkürlərini tarixi fakt kimi təqdim edib yüzillərdir nə özləri rahat yaşayır,nə də qonşularını rahat yaşamağa qoyurlar.
Ardı var…