Əvvəli “Qərb Xəbər”in “Yazarlar” bölümündə:
![indir - 2024-05-06T095654.103](https://qerbxeber.com/wp-content/uploads/2024/05/indir-2024-05-06T095654.103.jpg)
Gəlin,əvvəlcə bu Ar(t)sak məsələsinə diqqət yetirək. Çox qəribə haldır, qədim coğraiyada iki Arsak adlı yer olub. Biri ermənilərin dediyi Ar(t)sak, biri də indiki İranın Rey şəhəri. Bəs nədər ermənilər bu barədə heç nə yazmayıblar? Olmaya İrandan qorxurlar deyə? Oysa Türkiyədən daha çox qorxurlar və hətta konstitusiyalarında belə Türkiyəyə ərazi iddiaları sürmüşlər. Bəs nə üçün Arsakiyaya, yəni indiki Rey şəhərinə heç bir iddia irəli sürmürlər?
Burada iki nüans var. Birinci odur ki, onda ermənilərin Qafqazın qədim xalqı olduqları barədə yalanları ortadan qalxmış olur. Ikincisi isə, ermənilər Arsakiyaya heç cürə sahiblənə bilməzlər. Çünki ortada sübutlar var, o boyda Yunan, Roma müəllifləri var. Bəs onda Qarabağ haqa da qədim müəlliflərin kifayət qədər sübutları var, ermənilər niyə bu sevdadan vaz keçmirlər? Ona görə ki,onlara bu coğrafiyada təxribat törətmək, separatçılıq etmək “tapşırılıb”. Rey şəhəri haqa belə bir öhdəlik götürməyiblər.
Qayıdaq Arsakiyaya(Arsaka yox)- qədim mənbələrdə məlumat belədir: Bu şəhər Arsakiya adlanırdı, bu da Ağ Saki sözündən götürülmüşdür ki, bu da İskit qəbiləsidir. Makedoniyalı İsgəndərin zamanında bu şəhər zəlzələ nəticəsində dağıldı. Sonralar onun sərkərdəsi, Selevkilər dövlətinin yaradıcısı Nikotar Selevk şəhəri yenidən qurdu.
Bu şəhər barədə latın mənbələri isə Eoropa(?) deyə bəhs edir. Təsəvvür edin- iskitlərin şərqdə Europa adlı şəhəri olub və türk tarixçiləri bu faktdan yapışıb heç nə etmirlər. Ermənilər isə, hər cür yalan uyduraraq olmayan tarixlərini zənginləşdirirlər.
Başqa bir mənbədə isə şəhərə Parfiyanın birinci hökmdarı Arşakın (bəlkə də Arsak) şəhərə öz adını verdiyi qeyd edilir. Yəni Arsak şəhərə Arsakiya adı verir. Dövr də uyğun gəlir. Amma tarixi ədəbiyyatda Parfiyanın paytaxtı Ktesifon göstərilir. Ktesifon isə indiki Bağdad yaxınlığındadır və başqa bir adı Mədaindir ki, Xəqani bu şəhər haqqında “Mədain xərabərələri” poemasını yazmışdı.
Yəni Ktesion Parfiyanın yarandığı ilkin coğraiyaya aid deyil. Bu əraziləri II Mitridat işğal edib öz dövlətinin tərkibinə qatmışdı. Deməli ölkənin əvvəlki paytaxtının Arsakiya olması məntiqə uyğundur. Çünki elə ilk hökmdarın da adı Arş(s)akdır. Həm də o qeyd edilir ki Arsakiyanın əvvəlki adı Raga olub, bu adı Arsakiya edənin də Arsak olduğu şübhə doğrurmamalıdır. Bəs Arş(s)akilər kimlər idi? Parifya haqda nə bilirik? Məntiqi bir nüans meydana çıxır- parflar da digər türk xalqları kimi tarixi yaratmış, amma yazmamışlar.
Bir çox müəlliflər Parifyanın bir iskit- sak dövləti olduğunu artıq qəbul etmişlər. Parf dilinin iskit- sak dili ilə çox yaxın olduğunu qeyd etmişlər. Belədə Qarabağın qədim adının Arsak olmağı da normaldır. Saklar və iskitlər burada da mövcud olmuşdular. Və bəlkə də genimizdə,qanımızda hələ də onların izləri var. Arsakın Albaniyanın bir vilayəti olduğunu bütün dünya tarixçiləri qeyd edir. Bəs bugünkü Albaniyanın qədim Albaniyaya nə qədər dəxli var- bu barədə yalnız onu deyəbilərəm ki, albaniyalılar özlərinə skib deyir. Dillərinə skibcə deyilir. Bu skif demək deyilmi,əcəba? Niyə araşdırılmır bu məsələlər?..
Amma, ermənilər Arsak adının ortasına bir “t” artırmaqla o boyda tarixi özününküləşdirmək istəyirlər. Və sonralar da bu “t”- nin başını əyib özlərinə xaç düzəldəcəkdilər. Guya dünyanın ilk xristian xalqı bunlardır. Hələ bunu sonra edəcəkdilər. Hələlik isə Arsak adının üstündə “işləyirdilər”. Böyük imperiya olan Parifya dedik ki sak- iskit imperiyası idi.
İmperiyanın əsasını təşkil edən köçəri “dsak” tayaları nədənsə qərb mənbələrində “parf” kimi qeyd edilmişdir. Və bu imperiyanı mövcud olduğu 400 ildən çox vaxt ərzində elə Arşaki sülaləsi idarə etmişdir.
O cümlədən də Atropatenada, İberiyada, Albaniyada, Kiçik Ermənistanda (ermənilər o Arşakiləri də Artaşes ediblər-yenə məlum “t” şəkilli saxtakarlıq) Arşaki nümayəndələri hakimiyyətdə idi. O məntiqlə gərək indi gürcülər də Qarabağa ərazi iddiasında bulunsunlar.
Bir haşiyə çıxaraq Kiçik Ermənistan, Böyük Ermənistan anlamlarına da aydınlıq gətirək. Burada Böyük Ermənistan deyimi məhz Kiçik Ermənistanla müqayisədə “böyük”dür.
O məntiqlə gərək Qazaxın Böyük Cəfərli kəndinə də imperiya statusu verilə. Hansı ki, Böyük Cəfərli məhz Bala Cəfərliyə görə böyükdür.
Ardı var..