Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şara Türkiyəyə səfər edəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şaranın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
BƏƏ Şaranın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.