Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Qerbxeber.com xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülür.