Prezident sefer
Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib
Kocharyan
Ermənistan parlamentində dava- Sənin baban Türkdür!
Imtahan
Müəllimlərin sertifikasiya imtahanlarının CƏDVƏLİ
Imtahan
Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Sülhməramlılar Qarabağdan nə vaxt çıxır? – Putin işarə etdi

2 il ago
A A
Asif

Putinin “Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri Rusiya qüvvələrinin Azərbaycan ərazisində gələcək fəaliyyətinə dair ehtimallar irəli sürmək imkanı verir.

“Sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur” sözlərindən iki nəticə çıxır:

1. Putin bununla Qarabağda Bakının mərkəzi hakimiyyəti bərpa etməsinə görə cavabdehin onlar olmadığını deyir;

2. Artıq “atəşkəs rejiminin pozulması”nın səbəbi qalmadığı – erməni silahlı dəstələri tərki-silah edildiyi üçün sülhməramlıların işinin bitdiyinə də işarə edir.

Sülhməramlılar vaxtından əvvəl çıxarıla bilərmi?

Qarabağdakı mövcud vəziyyət fonunda Putinin sözləri bu məsələni daha da aktuallaşdırdı. Moskva sülhməramlıların fəaliyyəti ilə bağlı Bakı ilə ikitərəfli saziş imzalamaq istəyini müxtəlif səviyyələrdə dilə gətirib. Antiterror tədbirlərindən sonra bu haqda yazmışdıq: 10 noyabr razılaşmasının sülhməramlıların fəaliyyətini təsnif edən maddəsinin qüvvədən düşməsi – Ermənistanın qərarverici rolunun qalmaması Rusiya qüvvələrinin Azərbaycan ərazisində mövcudluğu və mandatı məsələsini Bakıdan asılı edir. Putin də bildirir ki, Əliyev ona “sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq” deyib.

Bu o deməkdir ki, sülhməramlıların bölgədə 2025-ci ilə qədər qalması məsələsi də qüvvədən düşüb, bundan sonra çıxarılması, yaxud hansı müddətə qalması Bakı-Moskva razılaşması əsasında həll ediləcək. Və burada iki məsələ həlledici amildir:

Birincisi, sülhməramlıların yeni statusudur: Putin bildirib ki, “sülhməramlıların statusu 10 noyabr razılaşmasına əsaslanırdı, Azərbaycan əlavə razılaşmaya ehtiyac görmədi və onlarsız saziş imzalamaq mənasız idi”.

Burada söhbət sülhməramlılara hüquqi mandatın verilməsindən gedir və 44 günlük müharibədən sonra Rusiya Azərbaycan ərazisinə yerləşdirdiyi sülhməramlıların mandatının tanınmasını çox istəsə də, Bakı bundan imtina edib. Antiterror tədbirlərindən sonra sülhməramlıları 10 noyabr bəyanatına əsaslanan statusu sıradan çıxdığı üçün yeni statusu da Bakı müəyyən edəcək.

Sual yaranır: Bakı sülhməramlıların Qarabağda ciddi nəzarət imkanları olan vaxt buna razılıq verməyibsə, indi – bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edildiyi və artıq ehtiyacın olmadığı halda razılaşarmı?!

Proseslərin analizi Bakının bunu etməyəcəyini – sülhməramlıların qalma müddətini uzatmayacağını deməyə əsas verir.

İkincisi, sülhməramlılara ehtiyacın olub-olmamasıdır: Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin – məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını açıqlayıb, hərçənd, burada da iki mühüm amil var:

– Gedənlərin böyük əksəriyyətinin qayıdacağı inandırıcı deyil;

– Qayıdanlar “Laçın” postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir.

Bu iki amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir: az sayda erməni əhalisinin Azərbaycan vətəndaşı kimi reinteqrasiya prosesini həyata keçirmək üçün uzun zaman lazım olmayacaq;

Və ən mühüm məqamı yenə Putinin özü dilə gətirir: sülhməramlıların əsas missiyası atəşkəsin qorunması idi; artıq ərazimizdəki separatçıların və terrorçuların təmizlənməsi atəşkəsin pozulması səbəbinin də aradan qalxması deməkdir və beləliklə, Rusiya qüvvələrinə ehtiyac da yoxdur.

Rusiyanın məqsədi Qarabağda uzunmüddətli qalmaqdan daha çox, Cənubi Qafqazdakı təsir imkanlarını qoruyub saxlamaq və kənar oyunçuların müdaxiləsinin qarşısını almaqdır. Bunun üçün plasdarm rolu artıq Qarabağ deyil.

Asif Nərimanlı

Son xəbərlər

Ff5b9d50 1bd0 4fa0 a7d8 aa3c560fb4d3

Mahir Emreli het-trik edib

18 May 2025
1695990176 hikmethaciyev2 620x403

Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var

18 May 2025
5935a4ba beb3 3dc9 90d3 f94cdd459ea5 850

Azərbaycanda “Araz – 2025” birgə təlimi başladı – VİDEO

18 May 2025
Indir 2025 05 18t112843.025

Polşada prezident seçkilərinə səs vermə başlayıb

18 May 2025
68296a211f5d868296a211f5d9174754460968296a211f5d668296a211f5d7

Rumıniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

18 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.