Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Sülh sazişi ətrafında geosiyasi oyun: Obrayn Bakıya nə gətirir?

2 il ago
A A
Abss

Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsindən qaynaqlanır. ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə “təmas strategiyasına” qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms OBrayn gətirəcək.

Vaşinqtonun planının nədən ibarət olduğunu OBraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir:

– Dəhlizin başlanğıcını Mərkəzi Asiyadan götürməklə Çini kənarlaşdırır;
– Marşrutun Ermənistan halqasında kommunikasiyanın suverenlik prinsipi ilə açılmasını dəstəkləyir və bununla Zəngəzur dəhlizi layihəsini sıradan çıxarır;
– Zəngəzurdan keçəcək yolun suverenlik prinsipinə əsasən açılması ilə Rusiyadan bura da nəzarət imkanını əlindən alır;

Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır. Vaşinqton buna nail ola bilməsə – Orta dəhliz Pekinin planına uyğun reallaşarsa, bu, Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər.

Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: OBrayn Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq;

Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar.

– Kommunikasiyalar suverenlik prinsipi ilə açılacaq;
– Delimitasiya prosesində işğal altındakı 8 kəndin qaytarılması sual altına düşəcək;
– Və Bakıdan “Qarabağ ermənilərinin hüquqlarının” təmin edilməsini istəyəcəklər;

Azərbaycan bunu istəmir, mövcud vəziyyətdə gözləmək və proseslərin inkişafını görmək daha məqsədəuyğundur, xüsusilə ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasında tərəf və meydan olmamaq baxımından. Bu situasiya kənar təzyiqləri də gücləndirir. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər. Lakin burada önəmli bir məqam var: Azərbaycan və Türkiyəni açar ölkə olaraq görən ABŞ planını yerinə yetirmək istəyirsə, sülh sazişində Bakının tələblərini prioritet olaraq görməli, razı olması üçün İrəvana təzyiq etməlidir;

Azərbaycan həm təzyiqlərdən yayınmaq, həm də proseslərin inkişafını görə bilmək üçün Ermənistan qarşısında maksimum tələblər qoya və ABŞ-dan bunun təmin edilməsini istəyə bilər.

Asif Nərimanlı

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.