İsrail və HƏMAS arasındakı müharibə müttəfiqlərin Ukraynaya dəstəyini zəiflətməməlidir. Dövlətin silahlara ehtiyacı var – “yüksək keyfiyyətli və böyük miqdarda”.
“Qərb Xəbər” “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu daha çox silah deməkdir. Mən bunu ona görə deyirəm ki, mən Ukraynada sülh istəyirəm. Prezident Putin bu gün qonşusuna hücumu dayandırmaqla müharibəni dayandıra bilər. Ukraynanın belə bir imkanı yoxdur. Əgər Ukrayna özünü müdafiə etməyi dayandırsa, onlar işğal olunacaq. İşğal isə sülh deyil”, – Stoltenberq bildirib.
İ.Babayeva