Kiyev yaxınlığında İrpen səmasında Rusiyanın SU-30 çoxməqsədli qırıcısı vurulub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəbər verib.
Bildirək ki, sosial şəbəkələrdə dünən gecə İrpen yaxınlığında Su-25 təyyarəsinin vurulduğu barədə də xəbərlər yayılmışdı.