Bu gün Respublikanın Şimal bölgəsinə dolu yağıb.
Dolu Xaçmaz rayonu ərazisini tutub.
Gün ərzində başlayan və 6-7 dəqiqə düşməkdə davam edən dolu rayon sakinlərini gözlənilməz şəkildə yaxalayıb. Təbiət hadisəsi əkin-biçin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurub.
Rayon sakini İlyas Əliyevin sözlərinə görə, qəfil başlayan dolu həm əkin sahələrinə, həm də meyvə ağaclarına zərər verib. Belə ki, yetişməkdə olan meyvələr zədələnib, yerə dağılıb, ağacların yarpaqları tökülüb.
Əkin sahələrindəki tərəvəzlər də doludan “payını” alıb.