Çin dövlət başçısı Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda Çinin dövlət başçısı Si Cinpinin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, Orban Çində rəsmi səfərdədir. O iyulun 5-də, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib.
Üç gün əvvəl, iyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.