Bu, barədə “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
“Nüvə müharibəsi ehtimalı getdikcə artır”.
Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.
S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.
Mələk.M