Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Separatçılar Qarabağda təxribat hazırlayır – Detallar

1 ay ago
A A
separatçı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə separatçıları sözün əsl mənasında qorxuya salıb. Rejim faktiki olaraq Bakının atacağı addımlardan narahatdır və bu istiqamətdə Qərb mediasında yalan, əsassız dezinformasiyalar tirajlayır. Bundan başqa, separatçılar Rusiya və Ermənistandan kömək istəyirlər.

Maraqlıdır, Azərbaycan Prezidentinin çıxışından qorxuya düşən separatçılar daha hansı addımlar ata bilər? Rəsmi İrəvan bu istiqamətdə onlara dəstək verə bilər?

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, İlham Əliyevin aprelin 18-də verdiyi müsahibə bir çox baxımdan diqqət çəkdi:

“Xüsusi ilə onun separatçılara açıq xəbərdarlıq etməsi mühüm məqam idi. Bu xəbərdarlığın separatçılar nəzdində ciddi qorxu yaratdığını demək olar. Məsələ ondadır ki, separatçılar bütün aspektlərdən yollarının bağlandığını və küncə sıxışdıqlarının fərqindədir. Buna görə də rejim hazırda Bakının atacağı addımları narahatlıqla izləyir.

Mənim diqqətimi ən çox çəkən məqam separatçıların Azərbaycan ordusunun “mülki erməniləri atəşə tutduğu” yalanlarını tirajlamaları oldu. Aydın məsələdir ki, belə yalan xəbərlər tirajlayaraq onlar “ermənilərə hücum edən Azərbaycanın bayrağı altında yaşamaq təhlükəlidir” fikrini yaratmaq istəyirlər.

Nəzərə alsaq ki hazırda Azərbaycan tərəfi ermənilərə qarşı heç bir zorakılığa yol vermir, əksinə, sabitliyin qorunub saxlanılması üçün əlindən gələni edir. O zaman belə çıxır ki, separatçılar yalanlarını beynəlxalq ictimai rəyə sırımaq üçün təxribat törədə bilərlər”.

Politoloq separatçıların Ermənistandan yardım istəməsi haqda danışıb:

“Separatçıların Ermənistandan, dolayı yolla Paşinyandan məhz indi yardım istəməsi diqqət çəkir. Çünki Paşinyan özü də bu yaxınlarda parlamentdə çıxış etdi və çıxışı zamanı “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, “sülh sazişini imzalamağa hazırıq” dedi. Lakin Paşinyanın dediklərindən fərqli olaraq parlament sədri Simonyanın və xüsusi tapşırıqlar üzrə səfir Marukyanın Prezident İlham Əliyevin Qarabağla bağlı son fikirlərinə verdikləri reaksiya bu ölkənin heç də sülh müqaviləsi imzalamaq niyyətində olmadığını göstərir. Sülh müqaviləsi imzalamaq istəməyən Ermənistanın separatçılara dəstək verməsi mümkündür”.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.