2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136şikayət daxil olub.
İqtisadiyyat Nazirliyi xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud, təxminən, 2 dəfə çoxdur.
Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.