Şimali Atlantika Alyansı Kiyev və NATO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri ilə məşğul olmaq üçün Ukraynaya xüsusi nümayəndə təyin edəcək.
Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, alyansın xüsusi nümayəndəsi NATO-nun Kiyev rəsmiləri ilə qarşılıqlı əlaqəsini də koordinasiya edəcək.