Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
Qerbxeber.com bildirir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib
Şıxlinski dindirildikdən sonra azad edilib.
Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi zorakılıqla saxlanılmışdı. Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı açıqlanmışdı.