Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Sahibə Qafarova Gürcüstanda rəsmi səfərdədir

4 həftə ago
A A
44cef4d2a4a081cd3fcdde94a6631635

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin Xarici Əlaqələr Komitələrinin növbəti üçtərəfli forumu Bakıda və Şuşa şəhərində keçiriləcək.

24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Papuaşvili ilə birgə qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi məsələləri də müzakirə olunub: “Parlamentlərarası əlaqələr ölkələr arasında dostluqda körpü rolunu oynayır. Bu gün biz qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi məsələlərini də müzakirə etdik.

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli formatının işinin əhəmiyyətindən və zəruriliyindən danışdıq. Növbəti üçtərəfli forum Azərbaycanın paytaxtı Bakıda və Şuşa şəhərində keçiriləcək”.

Qafarova həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı yenidənqurma işləri barəsində də məlumat verdiyini bildirib: “Mən Şalva Papuaşviliyə Ermənistanın 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi cinayətləri, mədəni irsə qarşı törətdiyi vandalizm barədə danışdım. Mən öz imkanlarımızla həyata keçirdiyimiz bərpa proseslərindən, yeni şəhərlər, kəndlər, rayonlar, infrastrukturlar haqqında da məlumat verdim. 30 il ərzində şəhərlər, evlər, kəndlər ermənilər tərəfindən dağıdılıb, mədəni irs abidələri vandalizmə məruz qalıb. Biz bütün bunları yenidən qurmalı və ya bərpa etməliyik. Bu müharibə bölgədəki əsas məsələləri həll etdi və bölgədə sülhü möhkəmləndirdi. Bu gün yalnız sülhdən danışmaq lazımdır. Müharibədən sonra erməni tərəfi 5 bəndlik razılaşmaya razı oldu. Nəhayət, Cenevrədəki görüşdə onlar məsələyə müsbət baxdılar. İnanırıq ki, Ermənistan öz öhdəliklərini vaxt itirmədən yerinə yetirəcək və bu razılaşmaların həyata keçirilməsi regionda sülhün möhkəmlənməsi və möhkəmləndirilməsi üçün əsas olacaq. Əminəm ki, bu səfər və müzakirə olunan məsələlər, aparılan danışıqlar Azərbaycan ilə Gürcüstan arasında münasibətləri daha da möhkəmləndirəcək, dostluğumuzu möhkəmləndirəcək”, – deyə Qafarova bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, bu gün nümayəndə heyəti ilə birgə Gürcüstana səfər edib.

Məlumata əsasən, Tbilisinin Şota Rustaveli beynəlxalq hava limanında qonağı Gürcüstan parlamenti sədrinin müavini, Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Arçil Talakvadze qarşılayıb.

Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfəri bu gün başlayıb və sabah bitəcək.

Son xəbərlər

(7)-min

Şəmkir və Tovuz rayonlarında “18 May Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçirilib

19 May 2022
94d371c9-7f88-33fc-a77d-df1cc91a943a_850

Gəncə Avtomobil Zavodu ilə Belarusun 2 zavodu arasında memorandum imzalanıb

19 May 2022
6285be550b0096285be550b00a16529321816285be550b0056285be550b007

Şəmkirdə xəsarət alanların kimliyi məlum olub

19 May 2022
ilkin-suleymanov

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

19 May 2022
FotoJet - 2022-05-18T180618.323

Tovuzda düşərgə keçirilib

19 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.