Bəzən arıqlamaq üçün tək çıxış yolunu bıçaq altına yatmaqda görürük. Məsələn, arıqlamaq üçün mədəkiçiltmə kimi ağır bir cərrahi müdaxiləyə üz tuturuq.
Bəs bu əməliyyatdan sonrakı dövrün – uzun və ağır bir bərpa prosesi, psixoloji və fiziki təsirlər, ömürboyu ciddi pəhriz tələbləri olduğunu bilirsinizmi?
İndi sadə bir sual verək özümüzə:
Əgər bunu arıqlamaq üçün ediriksə, pəhriz saxlamağa iradəmiz çatmır, iş-güc imkan vermir, vaxtımız çatmır və ya qrafikimiz uyğun deyil?! Bu kimi bəhanələr gətiririksə, nəticədə yenə də pəhriz, idman və həyat tərzi dəyişikliyi bizi gözləyirsə, bəs niyə bu yolu heç bir kəsik olmadan, əməliyyata girmədən, öz gücümüzə inanaraq getməyək?!
Əgər əməliyyatdan sonra illərlə məcburi ciddi pəhriz saxlayacağıqsa, niyə əməliyyatsız, sağlam bir həyat tərzini seçməyək?!
Axı nəticədə yenə
dieta saxlamalı olacağıq )))
Niyə bunu əməliyyatsız, yeyib-içə, deyib-gülə, enerjili və həvəslə, iş-gücünüzdən qalmadan, özümüzə yemək barəsində korluq vermədən, heç kəsin “Niyə belə oldun?”; “Nə qədər pulun çıxdı?”; “Neçə kq vermisən?” kimi suallarını eşitməkdən bezmədən, psixoloji gərginlik yaşamadan etməyək axı?!
Niyə sağlam mədəmizi zədələyək, ömürlük narahat qoyaq, sonra aptek-aptek gəzib hər cür dərman axtaraq? Axı “olmayan” vaxtımızı buna xərcləməməliyik. Bizim sadə pəhrizə vaxtımız yox idi))
Niyə bir çox yeməkdən imtina edək, qarşımızdakı yeyərkən biz udquna-udquna qalaq?! Nə var, nə var ki: birdən yeyərəm, pis olaram))
Niyə dəəə?)))
Niyəəə?))
10–15 kq görə?)) Yoxsa daha çox?
50 kq necə, bəs edir?)))
Bizimlə birlikdə hər gün dəyişimindən həzz ala-ala çəki atanlardan soruşun bunu – mədəkiçiltmədən necə bacardılar?
Cavab hamısında eyni olacaq: yeyə-yeyə, gülə-gülə, zəngin menyu ilə, hər gün ünsiyyətdə ola-ola, zarafatlaşaraq, darıxmadan, boş yerə vaxt itirmədən, sağlam şəkildə!!!
İndi qərar sizin.
P.S: Redaksiyadan- “Qerbxeber.com” xəbər portalının baş redaktoru Məhərrəm Göyüşoğlu bu məqalənin canlı sübutudur. Keçən ilin may ayının 31-də Elnur Nemətova ağır obezite, 3-cu dərəcəli piylənmə ilə müraciət edən baş redaktorumuzun əvvəl və indiki fotolarını təqdim edirik.
Unutmayın, köklük bir xəstəlik deyil, bir neçə və hətta xeyli sayda xəstəliklərin baiskarı və başlanğıcıdır.
Həqiqətən qərar sizin!