Qiyamçı polkovnik Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə “Qərb Xəbər”ə yaxınları bildirib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
Bəzi mənbələrə görə, türkiyəli həkimlər ilk ölüm səbəbi kimi “ADLİ durum” göstəriblər. Yəni ölüm səbəbi araşdırılmalıdır, şübhəli məqamlar var. Sürət Hüseynovun Moskvada zəhərləndiyi barədə etimallar var.
Onun İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti pisləşib.
O, 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.