Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Saatlıda “İngilis dilini bilək, dünyaya səslənək!” layihəsinin bağlanış tədbiri keçirildi.

3 ay ago
A A
Saatli1-1210x642
27.02.2023-cü il tarixində Saatlı rayonunda Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır -2022” Qrant Müsabiqəsinin qalib layihələrindən olan “İngilis dilini bilək, dünyaya səslənək!” layihəsinin bağlanış tədbiri keçirildi.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihədə iştirak edən gənclər, rayonun aktiv müəllimləri və GİKM-nin əməkdaşları olmaqla, ümumilikdə 30 nəfər iştirak etdi. Tədbirdə layihə müddətində görülən işlər və layihənin davamlığı üçün nəzərdə tutulan planlar haqqında ictimaiyyətə geniş məlumat verildi.

“Qərb Xəbər” layihənin rəhbərinə istinadən xəbər verir ki, Saatlı rayon A. Bayramov adına Məmmədabad kənd tam orta məktəbin ibtidai sinif müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Saatlı rayon üzrə koordinatoru Rüfanə Mirzəyeva bildirdi ki, layihəni yazarkən “Gənc lider” qrantı istiqamətini seçdim. Məqsədim  rayonumuzda özünü inkişaf etdirmək, özünə yeni dəyərlər qazanmaq istəyən gəncləri bir araya yığıb, onlarla komanda formalaşdırmaqdan ibarət idi. İnanırdım ki, özünü inkişaf etdirmək istəyən hər bir gənc, həm də liderlik ruhuna sahibdir. Bu səbəbdən layihənin icra müddətində iştirakçı gənclərlə həm də, liderlik bacarıqlarının inkişafı istiqamətində ardıcıl iş aparmışıq. Hesab edirəm ki, yaxın gələcəkdə bu işlərin nəticəsi olaraq regionumuzda xeyli aktiv gənc liderlər görəcəyik. Bu liderlərin hər biri ölkəmizin inkişafına öz töhfəsini vermiş olacaq.

R. Mirzəyevanın sözlərinə görə, 15.11.2022 – 01.03.2023 – cü il tarixlərində həyata keçirilən layihədə ingilis dili öyrənmək istəyən 30 nəfər gənc danışıq klubuna cəlb edilib. Həftədə 2 dəfə keçirilən təlimlərdə təlimçi Sübhan Hacıbabazadə tərəfindən müxtəlif interaktiv oyunlar, maraqlı öyrənmə üsulları tətqbiq edilərək gənclərin ingilis dili bacarıqlarının inkişafına şərait yaradılmışdır. Layihənin davamı olaraq həftədə 1 dəfə olmaqla Saatlı rayon Heydər Əliyev Mərkəzində ingilis dili təlimləri davam edəcəkdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.