Eks prezident Mixeil Saakaşvili müxalifətə siyasi fəaliyyət və birlik komitəsi yaratmağı təklif edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə o, ötən gün baş tutan məhkəmə iclasında çıxışında qeyd edib.
Saakaşvili bildirib ki, bu struktur ideyaların yaranması yeri və siyasi forum kimi formalaşmalıdır.
Onun sözlərinə görə, bu müxalifətin tam koordinasiyası üçün çox mühümdür:
“Mən ABŞ-da olduğu kimi VMH ilə siyasi fəaliyyət və birlik komitəsinin yaradılmasını təklif etmək istərdim. Milli Hərəkatın sədri, fraksiya sədri, siyasi şura sədri, həmçinin ictimaiyyətə tanınan, lazım olman digər şəxslər, Milli Hərəkatın üzvləri, Sofo Caparidze də daxil olmalıdır, o, mənim nümayəndəm kimi olacaq”, – deyə Saakaşvili bildirib.