Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Şərə qarşı dirəniş davam edir” – Əli Quliyev yazır…

2 ay ago
A A
ali guliyev
Köşə yazıları silsiləmiz davam edir.
“Qərb Xəbər” davamlı olaraq oxucularına ictimai fikir adamlarının, tanınmışların və digər elm dünyasının bir çox simalarının düşüncələrini sizə təqdim edir. Bu dəfə son günlərdə gündəm olan Rusiya-Ukrayna savaşı ilə bağlı Əli Quliyevin yazısı ilə sizi tanış edəcəyik:
“Gecə yarısı Kiyevdən dostlara salam olsun ! Dirənişin 23-cü günü ! Bütün cəbhə boyu sevindirici xəbərlərin ardı- arası kəsilmir ! Qaniçən qatil, qanlı diktator Putinin faşist hərbi dəstələrinin dinc və günahsız adamlara divan tutması , adamların qətliam etməsi , məhz bununla bağlıdır ! Bütün ekspertlərin rəyi yaxın 2-3 həftə ərzində müharibənin Ukraynanın qələbəsi ilə nəticələnəcəyi yönündədir! Müharibənin ilk günündən indiyədək , Ukraynalıların göstərdiyi misilsiz qəhrəmanlıq təkcə Ukrayna tarixinə yox, həm də dünya tarixinə qızıl hərflərlə yazılacaq!
Kiyevdə sakitlikdir, 3 gün dalbadal Kiyev ətrafında hər iki tərəfdən mövqelərə qarşılıqlı ciddi artileriya və raket zərbələri endirilib. Artıq ikinci gündür ki, Kiyevdə həyəcan siqnallarının azalması, artilleriya və raket atəşlərinin xeyli səngiməsi, işğalçıların əhəmiyyətli hissəsinin ölümcül zərbələrdən məhv edilməsi ilə bağlıdır!
Düşmən şəhərin həm şərq, həm də cənub sahəsində bir addım belə atmağa müvəffəq olmayıb, hələ də işğalçıların şəhəri mühasirəyə almağı onlar üçün xəyal olaraq qalır! Şəhərin müxtəlif yerlərində yaşayış yerlərinin dağılması, atılan raket zərbələrinin HHM sistemləri tərəfindən sıradan çıxarılması, nəticəsində qəlpələr binalara düşüb, bu səbəbdən ölənlər və yaralananlar var!
Kiyevdə, əhali yüksək əzmlə dirənişi davam etdirir! Döyüşlərin intensivliyinin artması, şəhərə gələn əhalinin sayını xeyli artırıb, bunu binalardakı evlərdə yanan işıqlardan görmək olar.
Çerniqovda müxtəlif istiqamətlərdə işğalcılar 50 -90 km geri atıldığından, onlar müqaviməti yarıb, bu istiqamətdə Kiyevə irəliləməyin mümkünsüzlüyünü görüb, Pereluki şəhəri istiqamətində kalonla irəliləməyə başlayıblar, Perelukidə möhkəmlənən düşmənin növbəti hədəfi, Borispol hava limanını tutmaq planı olub. Bundan xəbər tutan
kimi həm Kiyevdən, həm də Mirqoroddan operativ dəstə, düşmən Piroluki istiqamətinə çatmamış həmin kalonu artileriya zərbələri ilə darmadağın edib, bütün texnika, tanklar, BMP, avtomobillər sıradan çıxarılıb, bir nəfər belə əsir götürülməyib, bütün canlı qüvvə məhv edilib.
Düşmənin həm sursat, həm texnika, yanacaq ehtiyatları tükənmək üzrə olduğundan, düşmən Barispol hava limanını tutmaq, yük təyyarələri ilə təchizatı təmin etmək istəsə də, buna nail ola bilmir!
Xarkov vilayəti ilə Luqnsk sərhədində yerləşən Üzüm şəhərində düşmənlə şiddətli döyüşlər gün ərzində davam edib, işğalçılar ciddi itkilər verərək geri oturdulub! Strateji məntəqə olan Üzüm şəhəri, Luqanski inzibati ərazi vahidinin Xorkov vilayəti ilə sərhədində yerləşir !
Nikolayev şəhərinə dünən edilən hücum işğalçılar üçün böyük məğlubiyyətlə nəticələnib, xeyli canlı qüvvə və texnika itirən düşmən yenidən Xorkova geri qayıtmaq məcburiyyətində qalıb!
Odessada srağagün olan artilleriya zərbələri və raket zərbələrindən sonra nisbi sakitlikdir!
Dünən Zaporjye şəhərinə olan hücumun qarşısı, qətiyyətlə alınıb, bütün kalon məhv edilib, onlarla texnika, yüzə yaxın döyüşçü məhv edilib!
Mariopolda insanlıq dramı davam edir. Srağagün dram teatrı bombalanıb, ilkin məlumatlara görə itkilər olsa da, əhalinin böyük əksəriyyəti sağ-salamatdır ! Dünən 800 nəfərə yaxın şəxs Maropoldan Zaporojyeyə evakuasiya olunub !
Maripoldakı Ukrayna Ordusu hər gün işğalçılara ciddi itkilər yaşadırlar , xüsusən “Azov ” batalyonu işğalçıların hər gün yerli sayda canlı qüvvəsin və hərbi texnikasını məhv edir !
İşğalçı ordunun elit təbəqəsində ( xüsusi təyinatlılar , “Vımpel”, “rosqvardiyaçılar” və s.) olan itkilər faşist Putin tərəfindən çox qəzəblə qarşılanır , dünən “Rosqvardiya”nın rəisi general mayor Roman Qavrilov, bu səbəbdən vəzifəsindən azad edilib !
Ümumən, FSB-dən və MN-dən yüksək rütbəli vəzifəlilərin işdən azad edilməsi davam edir !
Zelenskinin müşaviri Arestovic düşmənin hazırda sursatı, hərbi texnikanı gətirmək üçün ,yeganə vasitənin dəmiryolu olduğunu , buna görə dəmir yol relslərini sıradan çıxarmağa çağırıb ! Belarusda bu məsələ çox müsbət qarşılanıb , yəqin “uğurlu ” nəticələr alınacaq ,o cümlədən Krım Xerson dəmir yolunda da eyni “əməliyyat ” aparılacaq !
Dirənişin 23 -günü ! Şərə qarşı dirəniş davam edir ! Şərin çöküşünə az qaldı !

qerbxeber.com

Son xəbərlər

mudafie

“Müharibə veteranı” adının verilməsi üçün beş min nəfərin sənədinə təkrar baxılır

26 May 2022
16004396802672649733

“Azəriqaz” Gəncədə binada baş verən partlayışa münasibət bildirib

26 May 2022
628f2372d84c9628f2372d84ca1653547890628f2372d84c7628f2372d84c8

Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib

26 May 2022
628f1dd306ff0628f1dd306ff11653546451628f1dd306fec628f1dd306fee

Qərb bölgəsində yeni kəhriz quyularının bərpası

26 May 2022
66fd8649-db8c-323c-b0e8-267140842f0d_850

Gəncədə yaşayış binasında yanğın olub

26 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.