Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, yeniyetmə kənddə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.