Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Opel Astra” markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Əzimov Məhəmməd İlyas oğlunu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Fakt araşdırılır.