Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Şəmkirdə peyvəndləmə işləri aparılır

6 il ago
A A
6964a852 e17c 47dc befc a7bd55eee840

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır.

Bu barədə DBX-dən bildirilib.

Məlumata görə, Şəmkir rayonu ərazisində 58 015 baş iribuynuzlu, 270 260 baş xırdabuynuzlu, 2 718 baş təkdırnaqlı, 421 900 baş quş və 12 678 arı ailəsi mövcuddur.

“Şəmkir Rayon Baytarlıq İdarəsinin 16 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində saxlanılan heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparır”, – deyə məlumatda qeyd edilib.

Bildirilir ki, hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən Qılıncbəyli kəndində fermer Yeganə Səfərovaya məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 56 535 baş iribuynuzlu, 2 353 baş təkdırnaqlı heyvanda qarayara, 15 365 baş sahibli itdə quduzluq, 709 757 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) nyukasl, 5 880 baş iribuynuzlu (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) və 6 360 baş xırdabuynuzlu (A,O tiplərinə qarşı) heyvanlar arasında dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1 681 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 8 011 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Şəmkir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), bruselyoz, xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.