Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Qərb Xəbər”ə verdiyi məlumata görə, Şəmkir Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və baş verə biləcək qəzaların qarşını almaq məqsədi ilə keçirilən monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb.
Qayda pozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən, Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E. Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R. Muradov 8 ay müddətinə sürücülük hüququndan məhrum, A.Əsgərzadə və V.Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.