Şəmkir rayonu Şeidlər kəndində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
“Qərb Xəbər”in məlumatına görə, onlar Şəmkir rayon sakinləri, 1982-ci il təvəllüdlü İ. Məmmədov və həmyaşıdı H. İsmayılovdur.
Zərər çəkmiş şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Xatırladaq ki, onlar yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.