Şəmkirdə yol qəzası baş verib.
“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – 1997-ci il təvəllüdlü Murad Daşdəmirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.