Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.
“Qərb Xəbər”in məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.
Eyni zamanda Kür çayında batanların anaları – 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.