Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov hadisə ilə bağlı Qerbxeber.com məlumat verib.
Hadisə rayonun “Şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
.O bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.