Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı 1999-cu il təvəllüdlü Zəhra Arif qızı Əhmədovaya odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov ov tüfəngi ilə birlikdə saxlanılıb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Əfsun Əhmədov istintaqa təhvil verilib.