Şəmkirdə yanğın hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.
Kənd sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğın zamanı 1997-ci il təvəllüdlü Ramazan Namazov tüstüdən zəhərlənib. Hadisənin baş vermə səbəbləri araşdırır.