Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
“Qərb Xəbər”in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Emin Əliyev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb.
Qeyd edək ki əvvəlki DYP rəisi Ramin Fətullayev bir neçə gün bundan əvvəl işdən çıxıb.