Şəmkir rayonunun Düyərli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” in məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən, 1952-ci il təvəllüdlü Pakizə Əliyevanı avtomobil vurub.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.