Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.
“Qərb Xəbər”in məlumatına görə, “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurban Cəbi Oğlu Alıyev, onun əmisi oğulları Elçin Əhməd oğlu Alıyev və 1994-cü il təvəllüdlü İlkin Əhməd oğlu Alıyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan İ.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.