Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Morul yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Şəmi Bağırov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 39 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.