Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” də müəyyən olunaraq götürülüb.