Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər” in məlumatına görə, hadisə şəhərin Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Lətafət Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə L.Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.