Şəmkirdə “0-dan Könüllü” layihəsinin növbəti görüşü baş tutub.
“Qərb Xəbər” bildirir ki, görüş çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin könüllülər üzrə mütəxəssisi Suqra Namazova yeni üzv olan gənclərə aşağıda qeyd olunan mövzular haqqında məlumat verib.
Könüllülük nədir?;
Könüllü işinin tarixi, könüllülük təsisatları;
Kollektivdən cəmiyyətə, karyera inkişafında könüllülüyün rolu.
Sonda isə gənclərin sualları cavablandırılıb.
Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyi və Şəmkir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilib.