Şəmkir rayon sakini avtomobilin içərisində yanaraq ölüb.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobilin yanması nəticəsində avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Böyükkişiyev yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.