Şəmkir rayonunun demoqrafik vəziyyəti açıqlanıb.
Bu barədə “Qərb Xəbər”ə Şəmkir Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayon əhalisinin 2022-ci il yanvar-iyun aylarına olan demokrafik vəziyyət ilin əvvəli ilə müqayisədə 1227 nəfər vəya 0,6 faiz artmışdır.
2022-ci ilin yanvar-iyun aylarında 1291 nəfər körpə dünyaya gəlmiş və 722 nəfərr ölüm halı qeydə alınmışdır.2022-ci ilin yanvar-iyun aylarında 1 yaşa çatmayan uşaq ölümü 4 nəfər olmuşdur.
2022-ci ilin yanvar-iyun aylarında 106 nəfər rayonda qeydiyyata alınmış və 27 nəfər qeydiyyatdan çıxarılmışdır. Şəmkir rayonunda təbii artım 569 nəfər, miqrasiya artımı 79 nəfər, ümumi artım 648 nəfər olmuşdur.
Hesabat dövründə Şəmkir Rayon Qeydiyyat şöbəsi tərəfindən 402 nigah, 108 boşanma qeydə alınmışdır.
Ülviyyə Həsənli.
Qərb Xəbər.